millət
millətlərarası
OBASTAN VİKİ
Aqil Məmmədov (millət vəkili)
Aqil Sadıq oğlu Məmmədov (1 aprel 1960, Ağdaban, Kəlbəcər rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Kəlbəcər rayonunun icra başçısı (2013–2020), Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Aqil Məmmədov 1960-cı il aprelin 1-də Kəlbəcər rayonunun Ağdaban qəsəbəsində anadan olub. 1982–1987-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2009–2012-ci illərdə isə Azərbaycan Prezidentinin yanında Dövlət İdarəçiliyi Akademiyasında ali təhsil alıb. === Ailəsi === Aqil Məmmədov ailəlidir, 2 övladı var. Miskin Abdal nəslindəndir. Ağdabanlı şair Qurbanın nəvəsi, Aşıq Şəmşirin qardaşı oğlu, Cavid Qurbanovun əmisi oğludur. == Fəaliyyəti == Aqil Məmmədov 1976-cı ildə Kəlbəcər rayonunda "Ağdaban" Kolxozunda çalışmağa başladı. İdman sahəsində ali təhsil alandan sonra isə o, Göygöl rayonunda "Məhsul" İdman Cəmiyyətində məşqçi, Göygöl rayonunun İdman İdarəsinin rəisi oldu. Aqil Məmmədov 2006–2008-ci illərdə Kəlbəcər RİH-də ictimai məsələlər şöbəsində referant, 2008–2013-cü illərdə isə Kəlbəcər RİH-də icra başçısının birinci müavini vəzifələrində çalışıb. Aqil Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 4 mart 2013-cü il tarixli Sərəncamı ilə Kəlbəcər rayonunun icra başçısı vəzifəsinə təyin edildi.2020-ci il fevralın 9-da baş tutan Parlament seçimlərində 123 saylı Kəlbəcər dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olan Aqil Məmmədov, 72,60 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi.
Ceyhun Məmmədov (millət vəkili)
Ceyhun Məmmədov (28 yanvar 1975, Şükürbəyli, Cəbrayıl rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru. == Həyatı == Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. 1991–1994-cü ildə Suriya Ərəb Respublikasındakı Əbu Nur İslam Kompleksində, Dəvət və İrşad İnstitutunda təhsil almışdır. 1994–1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr təhsili almışdır. 2000–2002-ci illərdə Xəzər Universitetində Ərəb dili üzrə magistr dərəcəsinə yiyələnmişdir. 1998–2001-ci illərdə İrşad İslam Araşdırmaları mərkəzində tərcüməçi, 2001–2002-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə baş mütəxəsis kimi çalışmışdır. 2002–2012-ci illərdə Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhsil şöbəsinin müdiri olmuş, həmçinin "Dövlət və Din" ictimai fikir toplusunun redaktoru olmuşdur. 2012–2013-cü illərdə Avrasiya Tərcümə Mərkəzində tərcüməçi kimi çalışmışdır. 2013–2014-cü illərdə AMEA-nın Şərqşünaslıq institutunda Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi olmuşdur. 2015–2018-ci illərdə AR Prezidentinin Adminstrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır.
Eldar Quliyev (millət vəkili)
Eldar Allahyar oğlu Quliyev (26 iyul 1951, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V, VI çağırışlarin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "Azərittifaq"ın sədri (1993–hal-hazirda), Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor; Azərbaycan Ağsaqqallar Şurasının sədri == Həyatı == Eldar Quliyev 1951-ci il iyul 26-da Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Bakı şəhər 187 saylı orta məktəbini bitirmiş, 1969-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstituna (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuşdur. 1973-cü ildə institutu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir. 1973–1974-cü illərdə Elmi-Tədqiqat İnstutunda işləmişdir. 1974–1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975–1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışmış, 1981–1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirantı kimi elmi tədqiqat işi ilə məşğul olmuşdur. 1987–1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hal-hazıra kimi ictimai əsaslarına rəhbərlik edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur. == Elmi fəaliyyəti == Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilmişdir.
Elxan Süleymanov (millət vəkili)
Elxan Sirac oğlu Süleymanov (1940, Göyçay rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı. == Həyatı == Süleymanov Elxan Sirac oğlu 1940-cı ildə Göyçay rayonunun Hacalı kəndində anadan olmuşdur. O, 1953-cü ildə 7 illik təhsilini başa vurduqdan sonra Göyçay Pedaqoji Texnikumunun ibtidai məktəb müəllimliyi fakültəsinə daxil olmuş, 1958-ci ildə həmin texnikumda təhsilini başa çatdırmışdır. 1961–1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir. Elxan Süleymanov ali təhsil aldığı dövrdə eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, Bakının 7 və 25 sayli orta məktəblərində müəllim işləmişdir. E. Süleymanov 1966-cı ildə Respublika Həmkarlar İttifaqı Yeyinti Sənayesi İşçilərinin Həmkarlar Komitəsinin Fioletov adına klubuna direktor təyin edilmiş və 1979-cu ilə qədər həmin vəzifədə çalışmışdır. O, 1981–1982-ci illərdə Yazıçılar İttifaqının Şüvəlandakı Yazıçılar Evinin direktoru, 1982–1985-ci illərdə Mədəniyyət Nazirliyi nəzdində "Azərattraksion"un baş direktoru işləmiş, 1985–1989-cu illərdə isə "Nizami" kinoteatrının direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir. Elxan Süleymanov 1990–1998-ci illər ərzində Rusiya-Amerika Universitetinin Azərbaycan bölməsinin baş direktoru vəzifəsini icra etmişdir. E. Süleymanov 2005-ci ildə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) təsis etmiş və onun rəhbərliyi ilə bir sıra böyük layihələr həyata keçirilmişdir. Xocalı soyqırımına həsr edilmiş "Xocalı soyqırımı", "Xocalı soyqırımı: milyon imza-bir tələb", "Şuşa — qədim Azərbaycan diyarı", "Bir faciə haqqında iki fotosöhbət", "Tarixi faktlar erməni miflərinə qarşı" topluları nəşr edilərək ABŞ və Avropa dövlətlərinin parlamentlərinə, dünyanın məşhur kitabxanalarına göndərilmişdir.
Müşfiq Cəfərov (millət vəkili)
Müşfiq Cəfərov (azərb. Müşfiq Cəfər oğlu Cəfərov‎; 26 iyul 1981, Kirovabad) — Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020). == Həyatı == Cəfərov Müşfiq Cəfər oğlu 1981-ci il 26 iyul tarixində Gəncə şəhərində anadan olub. 1998-ci ildə Gəncə şəhəri Məhəmməd Hadi adına 10 saylı orta məktəbi bitirib və həmin ildə Azərbaycan Kənd Təssərüfatı Akademiyasının (hazırda Azərbaycan Dövlət Aqrar Universiteti) "Mühəndislik və Menecment İqtisadiyyatı" fakültəsinin "Aqrar İstehsalatı İqtisadiyyatı və İdarəedilməsi" ixtisası üzrə bakalavr pilləsinə daxil olub. 2002-ci ildə bakalavr pilləsini bitirib. Həmin il Azərbaycan Kənd Təssərüfatı Akademiyasının (Azərbaycan Dövlət Aqrar Universiteti) "Mühəndislik və Menecment İqtisadiyyatı" fakültəsinin "İstehsalat və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarəedilməsi" ixtisası üzrə magistr pilləsinə qəbul olub və 2004-cü ildə fərqlənmə diplomu ilə bitirib. === Ailəsi === Ailəlidir, dörd övladı var. == Fəaliyyəti == 1999-cu ildən başlayaraq ictimai işlərlə məşğul olub. 20 il ölkə səviyyəsində, 18 il isə beynəlxalq səviyyədə gənclərin vətəndaş cəmiyyətinin inkişafına istiqamətləndirilmiş layihələrin icrasında, o cümlədən, gənclərin məşğulluğunun artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb olunması işində fəallıq göstərib. 60-dan çox ölkədə gənclərlə bağlı müxtəlif forumlarda, konfranslarda, treyninq və seminarlarda iştirak edib.
Nəriman Əliyev (millət vəkili)
Nəriman Əliyev — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı.
Rauf Əliyev (millət vəkili)
Rauf Asif oğlu Əliyev (27 may 1956, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.
Rövşən Rzayev (millət vəkili)
Rzayev Rövşən Şükür oğlu (20 yanvar 1962, Bakı) — Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri; Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı == Həyatı == 1962-ci il yanvarın 20-də Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və 1993-cü ildə həmin universitetin hüquq fakültələrini bitirmişdir. 1982-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 2004-cü ildən 101 saylı Xanlar Daşkəsən seçki dairəsi üzrə Milli Məclisin deputatı seçildikdən sonra uzun müddət Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədrinin müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu dövrdə AvroNEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü qismində bu beynəlxalq qurumun Prosedur Qaydalarının hazırlaması üzərində işləmişdir. Avropa Şurası Parlament Assambleyasının üzvü kimi həmin qurumun "Miqrasiya, qaçqınlar və əhali üzrə" və "Sosial məsələlər" üzrə komitələrində çalışmışdır. Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunu rəhbəri olduğu dövrdə bu ölkələr arasında faydalı əməkdaşlığın artırılması sahəsində çalışmışdır. "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi 5 iyun 2009-cu il tarixli qurultayında həmin İctimai Birliyin İdarə Heyətinin üzvü seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri vəzifəsinə təyin edilib. Hüquqşünas, dövlət xadimi, ədliyyə general-mayoru Şükür Rzayevin oğludur.
Sabir Hacıyev (millət vəkili)
Sabir Kamal oğlu Hacıyev (5 oktyabr 1954, Göyçay) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. == Həyatı == 1954-cü il oktyabrın 5-də Göyçay şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1977-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VVAQ İdarəsində məsləhətçi, baş məsləhətçi, Qanunların Sistemləşdirilməsi və Qanun Layihələrinin Hazırlanması İdarəsində baş məsləhətçi, rəis müavini işləmişdir. 1988-ci ildən respublika prokurorunun köməkçisi, Nazirlər Soveti Hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1990–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, hüquq siyasəti üzrə Azərbaycan Respublikasının Dövlət müşaviri olmuşdur. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin (1991), üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Lüksemburq, Polşa, Rusiya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Taleh Mahmudov (millət vəkili)
Taleh Mahmudov (Taleh Sadi oğlu Mahmudov; d.7.08.1961, Göydəlləkli, Ağsu rayonu) — Krasnoyarsk Şəhər Şurasının millət vəkili, Krasnoyarsk şəhərində yerləşən “Bionika” bərpa terapiyası klinikasının təsisçisidir. Krasnoyarskda yerli “Azərbaycan milli-mədəni muxtariyyəti” adlı ictimai təşkilatın sədridir. İdman ustası, Krasnoyarsk vilayətinin Ağır Atletika Federasiyasının prezidentidir. == Həyat və fəaliyyəti == Taleh Mahmudov 1961-ci ildə Azərbaycanın Ağsu rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Krasnoyarsk Dövlət İnşaat İnstitutunda ali təhsil alıb. 1979-cu ildə hərbi xidmətə çağrılıb və 1981-ci ilə qədər Xabarovskda Sovet Ordusunda xidmət edib. 1982-ci ildən indiyədək Krasnoyarsk şəhərində yaşayır və orada işləyir. Dəmir yollarının tikintisi idarəsində onun yolu iş icraçısından keçərək, tikinti-montaj idarəsinin rəisi vəzifəsinə qədər gedib çıxıb. Krasnoyarsk şəhərindəki bir sıra əhəmiyyətli memarlıq obyektləri bilavasitə Taleh Mahmudovun iştirakıyla tikilib, istifadəyə verilib. Onlardan “Lokomotiv” stadionunu, çoxmənzilli yaşayış evlərini, sosial təminat obyektlərlərini, Kemçuq dəmiryol stansiyasının binasını və s.
Yaşar Əliyev (millət vəkili)
Yaşar Tofiq oğlu Əliyev (5 iyul 1948, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü; Azərbaycan Milli Məclisinin sədr müavini (1995–2002), Azərbaycan Ali Sovetinin sədr müavini (1994–1995), Azərbaycanın Çində (2002–2011), Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustanda (2004–2011) olan Fövqəladə və Səlahiyyətli Səfiri. == Həyatı == Yaşar Tofiqi oğlu Əliyev 1948-ci il iyulun 5-də Bakı şəhərində anadan olub. O, 1956–1966-cı illərdə Nəsimi rayonu 1 №-li tam orta məktəbdə təhsil alıb. 1966–1971-ci illərdə isə N. Nərimanov Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi üzrə ali təhsil alıb. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. YAP Siyasi Şurasının üzvü olub. == Fəaliyyəti == Yaşar Əliyev 1972–1982-ci illərdə Səhiyyə Nazirliyinin Baş İdarəsinin Kardiologiya şöbəsinin 4 saylı bölməsində çalışıb. 1975–1979-cu illərdə Əzizbəyov Rayon Komsomol Komitəsində II Katib vəzifəsində çalışan Yaşar Əliyev, 1982-ci ildən N. Semaşko adına 12 saylı Şəhər Xəstəxanada cərrahiyyə şöbəsinin həkimi, 1983-cü ildən baş həkimin müavini, 1984-cü ildən isə baş həkimi vəzifəsində çalışmışdır. === Parlamentdə fəaliyyəti === Yaşar Əliyev 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
İlham Məmmədov (millət vəkili)
İlham Kazım oğlu Məmmədov (13 yanvar 1962, Yevlax) — Azərbaycan Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. == Haqqında == 1962-ci il yanvarın 13-də Yevlax şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1986-cı ildən Yevlax Şəhər Mərkəzi Xəstəxanasında sahə həkimi, həkim-endoskopist, şöbə müdiri, həkim-qastroenteroloq, 2001-ci ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında böyük həkim vəzifələrində çalışmışdır. 2004–2005-ci illərdə Yevlax Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi olmuşdur. Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədridir. Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə komitələrin üzvü. Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri.
İlham Əliyev (millət vəkili)
İlham Əlisəftər oğlu Əliyev (26 aprel 1967) — Azərbaycan Milli Məclisinin IV və V çağırış deputatı (2010–2020). == Həyatı və fəaliyyəti == İlham Əliyev 1967-ci il aprelin 26-da anadan olub. Bakı Dövlət Universitetində hüquq üzrə ali təhsil alıb. Rus dilini bilir. Azərbaycan Milli Məclisinin IV və V çağırış deputatı seçilmişdir. Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olmuşdur. === Ailəsi === Ailəlidir, üç övladı var. AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir. == Həbs edilməsi == İlham Əliyev karantin qaydaları pozuntularına yol verərək toy məclisi təşkil etdiyinə görə Abşeron Rayon Məhkəməsinin 22 avqust 2020-ci il tarixli Qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinə əsasən 15 gün inzibati həbs cəzası almışdır.
Millət
Millət — insanların tarixən dil, ərazi, iqtisadi həyat və psixika ümumiliyi əsasında təşəkkül tapan və milli xarakterin, mədəniyyətin milli özünəməxsusluğunda təzahür edən sabit birliyi. "Millət" sözü ərəb mənşəli isimdir.
Monir Vəkili
Monir Vəkili (fars. منیر وکیلی‎, 19 dekabr 1923, Təbriz – 28 fevral 1983)— Azərbaycan əsilli iranlı müğənni. O, soprano səsə malik olmuşdur və İran xalq musiqisini İranda və xaricdəki səhnələrdə tanıdan ilk müğənni hesab edilir. == Həyatı == Monir Vəkili 19 dekabr 1923-cü ildə Təbrizdə anadan olmuşdur. Onun ailəsi musiqipərəst idi. Atası hələ kiçik yaşlarda Monirdə opera musiqisinə maraq yaratmış və onu xaricə təhsil alması üçün cəsarətləndirmişdi. O Parisdə konservatoriyada musiqi, Bostonda Yeni İngiltərə Konservatoriyasında isə opera təhsili almışdır (1960–61). Monir Vəkili Əbdül Məcid Məcidli ilə ailə həyatı qurmuş, bu evlilikdən 2 qızı dünyaya gəlmişdir. Sənətçi 1983-cü ildə Belçikada avtomobil qəzasında vəfat etmişdir. == Fəaliyyəti == Monir Vəkili Rudaki səhnəsində bir çox rollarda çıxış etmişdir.
Dövlətsiz millət
Dövləti olmayan xalqlar (ing. Stateless nation) — adətən azlıq etnik qruplardır ki, öz ərazi və toprağlarına siyasi nəzarəti və suverenliyi yoxdur və əraziləri iki və ya daha çox qonşu dövlətlər arasında bölünüb və ya müstəmləkə hakimiyyət tərəfindən bir ölkə daxilində milli suverenliyi pozulmuşdur. Məsələn, İranda Azərbaycanlılar, İspaniyada katalanlar, Çində Şərqi Türküstanlılar ilə Tibetlilər, Şri-Lankada Tamillər və s. misal gətirmək olar. == Mənbə == Keating, Michael, Nations Against the State: The New Politics of Nationalism in Quebec, Catalonia and Scotland () (Second), Palgrave, 2001 Levinson, David, redaktorEthnic Groups Worldwide: A Ready Reference Handbook, Phoenix, AZ: The Oryx Press, 1998, ISBN 1573560197 Minahan, James, redaktorEncyclopedia of the Stateless Nations: Ethnic and National Groups Around the World, Westport: Greenwood Press, 2002, ISBN 0313316171 == Xarici keçidlər == Map of European Stateless Nations Arxivləşdirilib 2006-06-23 at the Wayback Machine, published by the advocacy group Eurominority Map of European Stateless Nations By Astur.tk.
Millət (dəqiqləşdirmə)
Millət
Millət Əliyev
Millət Söhbətəli oğlu Əliyev (23 avqust 1961, Yardımlı rayonu – 2 may 1994, Tərtər rayonu) - Qarabağ müharibəsi şəhidi. == Həyatı == Millət Söhbətəli oğlu Əliyev 1961-ci ilin avqustun 23-də Yardımlı rayonunun Separadi kəndində anadan olub. 1968-1978-ci illərdə Sumqayıtdakı 22 saylı orta məktəbi əlaçı olaraq bitirərək, Bakı Dövlət Universitetinin Riyaziyyat fakultəsinə daxil olmuşdur. Universiteti müvəfəqiyyətlə başa vuran Millət Əliyev 1983-cü ildə təyinatla Cəlilabad rayonuna göndərilmişdir. 3 il həmin rayonda riyaziyyat müəllimi işləmiş, sonra doğma Sumqayıt şəhərinə qayıdaraq, 41 saylı orta məktəbdə öz pedoqoji fəaliyyətini davam etdirmişdir. Millət Əliyev 1993-cü ilin yanvar ayının 12-də Vətənin müdafiəsinə könüllü şəkildə qatılmışdır. İlk döyüş yolu Ağdərə rayonundan başlamış, Qubadlıda, Laçında, Ağdamda qəhrəmancasına vuruşmuş, düşmənə ağır zərbələr endirmişdir.O,Ağdərə rayonun Madaqiz kəndi (Suqovuşan) uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmişdir. Buradakı ağır döyüşlər zamanı Millət Əliyev düşmənin bir tankını və "9M-114" markalı raketini məhv etmişdir. Bu döyüş nümunəsinə görə baş leytenant Millət Əliyev komandanlığın təşəkkürünə layiq görülmüş və mükafatlandırılmışdır. Baş leytenant Millət Söhbətəli oğlu Əliyev Tərtər döyüş bölgəsinə göndərilmişdir.
Narın millət
Virtual dövlət (ing. virtual state) — Virtual aləmdə dövlətçilikləri elan edilən, ancaq klassik dövlət anlayışına uyğun gəlməyən, onları imitasiya edən təsisatlar. Beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət virtual dövlətləri rəsmi tanımırlar və ciddi qəbul etmirlər. Bəzi virtual dövlətlər hətta müəyyən kiçik əraziyə və az sayda (bəzən bir ailə) məskunlaşmış əhaliyə malik olsalar da, onlar sadəcə olaraq qeyri-ciddi təsisat sayılır və "mikrodövlət", "kiberdövlət", "fantaziya dövləti" və "mikromillət" adlandırılırlar.
Müvəqqəti işlər vəkili
Müvəqqəti işlər vəkili (Fransızca: chargé d'affaires) əsasən müxtəlif səbəblərdən səfir göndərilməyən və ya göndərilə bilməyən ölkələrlə diplomatik əlaqələri idarə etmək üçün vəzifələndirilən və ya missiya liderinin yoxluğunda ona vəkalət eden diplomatdır. Müvəqqəti işlər vəkilinin statusu 1961-ci ildə Vyanada imzalanan Diplomatik Əlaqələr üzrə Vyana Konvensiyasında müəyyən edilib.
Bir Millət (İsrail)
Bir Millət (ivr. ‏עם אחד‏‎) — İsrail yaranmış sosial-demokratik partiya.Partiya 25 Mart 1999-cu ildə Əmir Peretz, Rafiq Hac Yahya və Adisu Massala yeni bir fraksiya yaratmaq üçün İsrail İşçi Partiyasından ayrıldıqda quruldu. 1999-cu ilin may seçkilərində partiya iki yerə bərabər olan 1,9% səs topladı və seçki həddini 1,5% keçən ən kiçik partiya oldu. Oturacaqları Peretz və Haim Katz aldı. 2003 seçkilərindən əvvəl Katz Likuda qoşulmaq üçün partiyanı tərk etdi.
Millət-i Erməniyan
Millət-i Erməniyan (türk. Millet-i Ermeniyân; mənası – "erməni milləti") — Erməni Həvari kilsəsinin Osmanlı imperiyasındakı milləti (muxtar etnodini icması). İlkin olaraq bura təkcə Osmanlı imperiyasında yaşayan ermənilər deyil, Qibti Pravoslav Kilsəsi, Xaldey Katolik Kilsəsi, Efiopiya Pravoslav Kilsəsi və Süryani Pravoslav Kilsəsi kimi digər xristian kilsələrinin üzvləri də daxil idi. Bu qrupların əksəriyyəti XIX əsrdə öz millətlərini əldə etmişdilər. II Mehmed onları ortodoks xristianlıq ilə bağlı fikir ayrılıqlarına görə yunan ortodokslarından ayırmışdır. Millət üzvləri nəinki müstəqil şəkildə işləri idarə edə bilirdilər, həm də islam məhkəmələrinə iş qaldıra biləcək hüquqi statusa malik idilər. Erməni millətinin çoxlu sayda insan üzərində hökmranlıq etmək imkanı yox idi və erməni patriarxının Anadoludan bu qədər uzaqda olan İstanbulda heç bir real nüfuzu yox idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Suny, Ronald Grigor. "They Can Live in the Desert but Nowhere Else": A History of the Armenian Genocide. Princeton University Press.
Millət (Azərbaycan qəzeti)
Millət qəzeti — 1990-cı illərin əvvəllərində oxucular arasında populyar olmuş qəzet. == Tarixi == "Millət" ilk vaxtlar Zəfər Ünalın baş redaktorluğu ilə nəşr olunurdu, sonralar qəzetin rəhbərliyində dəyişiklik oldu. "Millət" Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun qəzeti idi. "Millət" 2004-cü ilin ortalarında maliyyə problemlərinə görə fəaliyyətini dayandırdı. 2009-cu ilin ortalarında "Millət" qəzeti fəaliyyətini elektron formada bərpa edib.
Millət (Osmanlı imperiyası)
Millət (türk. millet, ərəb. ملة‎ — milla‎) — Osmanlı imperiyasında "şəxsi hüquq"la bağlı müstəqil məhkəmə. Bunun əsasında hansısa konfessional bir cəmiyyətin öz qanunları əsasında özünü idarə etməsinə icazə verilirdi. Adətən "sistem" adlandırılmasına baxmayaraq, XIX əsrə qədər Osmanlı imperiyasında indi retrospektiv olaraq "millət" adlandırılanların təşkili heç də sistemli deyildi. Əksinə, qeyri-müsəlmanlara bütövlükdə "millət" üçün ümumi struktur olmadan, sadəcə olaraq, öz icmaları daxilində əhəmiyyətli dərəcədə muxtariyyət verilmişdi. İmperiya daxilində müxtəlif dini icmalara uyğun gələn müxtəlif millətlər anlayışı XVIII əsrə qədər ortaya çıxmamışdı. Baxmayaraq ki, XV əsrdə belə bir sistemin mövcud olmadığı indiki ədəbiyyatda qəbul edilir, XIX–XX əsrlərdə millət sisteminin mövcudluğu onu Fateh Sultan Mehmed dövrünə bağlayan çoxsaylı təməl miflərlə əsaslandırılmışdır.XIX əsrdə Osmanlı imperiyasında milliyətçiliyin yüksəlişi zamanı həyata keçirilən Tənzimat islahatları nəticəsində bu termin qanunla qorunan etnolinqvistik azlıq qrupları üçün istifadə edilmişdir. Millət sistemi müasir halından əvvəlki dini plüralizm nümunəsi adlandırılmışdır.Tarixçi İohan Ştraus yazmışdır ki, bu termin "Osmanlı sistemini və xüsusilə qeyri-müsəlmanların statusunu anlamaq üçün çox vacib görünür". == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Braude, Benjamin.
Millət (qəzet, Azərbaycan)
Millət qəzeti — 1990-cı illərin əvvəllərində oxucular arasında populyar olmuş qəzet. == Tarixi == "Millət" ilk vaxtlar Zəfər Ünalın baş redaktorluğu ilə nəşr olunurdu, sonralar qəzetin rəhbərliyində dəyişiklik oldu. "Millət" Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun qəzeti idi. "Millət" 2004-cü ilin ortalarında maliyyə problemlərinə görə fəaliyyətini dayandırdı. 2009-cu ilin ortalarında "Millət" qəzeti fəaliyyətini elektron formada bərpa edib.
Апо́стол брани́ть дистанцио́нность дове́рчивость заторча́ть краснота́ловый охолону́ть разы́грывать баро́нство и́нейный катализа́тор обнажи́ться отстранённо ре́ченька хитрю́щий энцефалогра́фия пятрить bauble bone-idle deft Doppler effect imperiality rose-sprinkler searching председательствовать